...

Bakıda ilk dəfə "JARA" keçiriləcək

Mədəniyyət Materials 8 İyun 2016 14:44 (UTC +04:00)
Beynəlxalq “JARA” festivalının hər il keçiriləcəyi planlaşdırılır.
Bakıda ilk dəfə "JARA" keçiriləcək

Bakı. Trend:

9-10 iyul 2016-cı il tarixlərində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakıda "Sea Breeze" istirahət mərkəzində ilk dəfə "JARA" Beynəlxalq musiqili yay festivalı keçiriləcək.

Trend nazirliyin saytına istinadən məlumat verir ki, festival günlərində Rusiya estradasının ən parlaq ulduzlarının iştirakı gözlənilir. Festivalın təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps və "Russkoye Radio"nun yaradıcısı, "Zolotoy Qrammafon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Tədbirin həm Rusiya, həm də Azərbaycan televiziyasında yayımlanması planlaşdırılır. Festivalın ulduzlu qonaqları arasında Valeri Meladze, Nyuşa, Qriqori Leps, "A-studio", Nikolay Baskov, Valeriya, Polina Qaqarina, Ani Lorak, EMİN, Slava, MBAND, Potap və Nastya, Burito, İrina Dubtsova, A-DESSA, Ciqan, Svetlana Loboda, Qlyukoza, IOWA və digərləri var.

Festivalda, həmçinin Zülfiyyə Xanbabayeva və "Rast" qrupunun iştirakı nəzərdə tutulur. Beynəlxalq "JARA" festivalının hər il keçiriləcəyi və musiqi aləmində parlaq mədəni hadisəyə çevriləcəyi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti