...

"Üç gün və bir ömür" yekunlaşdı (FOTO)

Mədəniyyət Materials 10 İyun 2016 19:12 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Üç gün və bir ömür” tammetrajlı bədii filminin çəkilişləri yekunlaşıb.
"Üç gün və bir ömür" yekunlaşdı (FOTO)

Bakı. Trend:

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınan "Üç gün və bir ömür" tammetrajlı bədii filminin çəkilişləri yekunlaşıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, filmin süjet xətti doğma rayonu işğal edilərkən həbsxanada olan şəxsin azadlığa çıxdıqdan sonra valideynlərinin düşmən tapdağı altında qalmış məzarını ziyarət etməyin yollarını axtarmağından bəhs edir.

Psixoloji dram janrında çəkilən filmin ssenari müəllifi Yusif Şeyxov, quruluşçu rejissoru Babək Şirinsifət, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Hikmət Rəhimov, Rasim Cəfər, Kamran Ağabalayev, Nicat Əli və digərləri canlandırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti