Bakı. Trend:
Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Uşaq Teatrı mövsümü "Dovşanın evi" tamaşası ilə yekunlaşdıracaq.
İdarədən Trend-ə verilən məlumata görə, rejissor İntiqam Soltanın, Arzu Soltanın qələmə aldığı pyes əsasında quruluş verdiyi tamaşa kiçik tamaşaçılara yay töhfəsi olacaq.
Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı isə Rauf Hüseynlidir.
Tamaşa iyulun 15-də saat 12:00-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Q.Abbasov adına Mədəniyyət Sarayında keçiriləcək.
Giriş sərbəstdir.