Bakı. Trend:
“Səs Azərbaycan” yarışının iştirakçıları "Retro Bakı" layihəsində çıxış ediblər. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən Trend-ə verilən məlumata görə, “Retro Bakı” layihəsinin konsertləri davam edir.
Bu həftə keçirilən konsertlərdə "Səs Azərbaycan" yarışmasının iştirakçıları Nofəl Aslanov və Rüfət Xəlil, şanson ifaçısı Aydınçik, müğənnilər Aysel Əlizadə, Səbinə Əskərova, Ülkər Əliyeva, Könül Şıxəliyeva, "İnci" vokal qrupu, "Can bala" uşaq vokal qrupu, “Səma”, "Renesans", "Nice" rəqs qrupları ifaları ilə Fəvvarələr Meydanında coşqu yaradıblar.
Xatırladaq ki, layihə tədbirləri hər həftə sonu - şənbə və bazar günləri axşam saatlarında Fəvvarələr Meydanında rəngarəng konsert proqramları ilə oktyabırın ortalarınadək davam edəcək.