...

YARAT Müasir İncəsənət Məkanı hatha-yoqa kursuna dəvət edir

Mədəniyyət Materials 18 Avqust 2016 11:26 (UTC +04:00)
YARAT Müasir İncəsənət Məkanı sizi hatha-yoqa üzrə ixtisaslı təlimçi İra Berezinanın rəhbərliyi ilə keçirilən yoqa kursunda iştirak etməyə dəvət edir.
YARAT Müasir İncəsənət Məkanı hatha-yoqa kursuna dəvət edir

Bakı. Trend:

YARAT Müasir İncəsənət Məkanı sizi hatha-yoqa üzrə ixtisaslı təlimçi İra Berezinanın rəhbərliyi ilə keçirilən yoqa kursunda iştirak etməyə dəvət edir.

Hatha-yoqanın əsas məramı – şüurlu surətdə həyata keçirdiyimiz proseslərlə qeyri-şüurlu proseslərimiz arasında, yəni zehin ilə vücud, çalışqanlıq ilə rahatlıq, fikrin cəmləşdirilməsi ilə dalğınlıq, ha (şüur, kişi, günəş) ilə tha (həyat qüvvəsi, qadın, ay) arasında balans yaratmaqdır. Bu iki qüvvənin bir-biri ilə birləşdiyi zaman insanın həyatında böyük hadisə baş verir, onun ali şüuru oyanır. Məşğələ zamanı biz hər an hər bir asana duruşunu almaq üçün özümüzə uyğun fərdi yol çəkəcəyik. Yoqa ilə məşğul olduğunuz zaman əldə etdiyiniz təcrübə olduqca şəxsi və subyektivdir, axı burada siz eyni zamanda həm məqsəd, həm də üslubsunuz. Sizə kömək edəcəyik ki, keçmişin ulu yoqinləri tərəfindən bizə verilmiş xəritə ilə keçərək, sağlam və əndazəli bədən qazana-qazana öz təkrarsız suallarınıza cavab tapa biləsiniz.

Yoqa matlarınızı özünüz ilə gətirməyi unutmayın! Bizdə məhdud saydadır.

Həftənin hər şənbə günü.

Saat: 18:30 – 20:00

YARAT Mərkəzi, 1-ci mərtəbə.

Giriş sərbəstdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti