...

Azərbaycan mətbəxi Cənubi Afrikada (FOTO)

Mədəniyyət Materials 29 Avqust 2016 16:13 (UTC +04:00)
Azərbaycan mətbəxinin təamları Cənubi Afrika oxucularına təqdim edilib.
Azərbaycan mətbəxi  Cənubi Afrikada (FOTO)

Bakı. Trend:

Azərbaycan mətbəxinin təamları Cənubi Afrika oxucularına təqdim edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, CAR-da Azərbaycan mətbəxinin ləziz nümunələrinin yer aldığı “Dünya bir boşqabda” (“The World on a Plate”) başlıqlı kitabın təqdimat mərasimi keçirilib.

Kitabda dünya kulinariya nümunələri sırasında səfirliyin təşəbbüsü və dəstəyi ilə milli mətbəximizin çeşidləri də oxuculara təqdim olunub. Kitabda balıq ləvəngisi və şəkərburanın bişirilmə qaydası əks olunub.

Təqdimat mərasimində həmçinin Azərbaycanla bağlı quraşdırılmış stenddə ölkəmizin mədəniyyəti, təbiəti, tarixi və turizm imkanlarına dair məlumatlar yerləşdirilib.

Qeyd edək ki, “Dünya bir boşqabda” kitabı CAR-da akkreditə olunmuş diplomatik missiya rəhbərləri və üzvlərinin həyat yoldaşlarından ibarət International Diplomatic Spouses Association-un təşəbbüsü ilə nəşr edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti