...

Azərbaycanda “Avropa İrs Günləri” keçiriləcək

Mədəniyyət Materials 16 Sentyabr 2016 10:29 (UTC +04:00)
16-18 sentyabr tarixlərində Azərbaycanda “Avropa İrs Günləri” layihəsinin qeyd edilməsinə həsr olunmuş müxtəlif tədbirlər keçiriləcək.
Azərbaycanda “Avropa İrs Günləri” keçiriləcək

Bakı. Trend:

16-18 sentyabr tarixlərində Azərbaycanda “Avropa İrs Günləri” layihəsinin qeyd edilməsinə həsr olunmuş müxtəlif tədbirlər keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, hər il sentyabr ayının sonu – oktyabr ayının əvvəlində dünyanın bir çox ölkələrində “Avropa İrs Günləri” layihəsi keçirilir. Layihənin əsas məqsədi insanlara maarifləndirici kampaniyalar, açıq qapı günləri, folklor gecələri, rəsmi açılışlar və etnoqrafik şənliklər formasında xalqların 2012-ci ildən etibarən Azərbaycanda, istər paytaxt Bakıda, istərsə də ölkəmizin regionlarında “Avropa İrs Günləri” geniş şəkildə qeyd edilir. Müəyyən olunmuş günlərdə ziyarətçilər üçün abidələrə və tarixi yerlərə ödənişsiz giriş təmin edilir.

Ənənəvi olaraq, bu il ölkəmizdə baş tutacaq tədbir çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyası və Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin tabeliyində fəaliyyət göstərən əsas qoruq və muzeylərində “Açıq qapı” günləri keçiriləcək:

16-18 sentyabr tarixlərində:

Qobustan Milli tarix-bədii qoruğu (Ümumdünya İrs Obyekti);
Milli Azərbaycan Tarixi Muzeyi;
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi;
Azərbaycan Milli İncəsənət Muzeyi;
Azərbaycan Xalça Muzeyi;
“Yanar dağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğu (Abşeron rayonu);
“Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu (Bakı şəhəri, Suraxanı rayonu);
Şəki şəhəri, "Yuxarı Baş" Dövlət tarix-memarlıq qoruğu
Qəbələ Dövlət tarix-bədii qoruğu;
Şəki şəhəri, Kiş tarix-memarlıq qoruğu.

18 sentyabr tarixində:

“İçərişəhər” Dövlət tarix-memarlıq qoruğu (Ümumdünya İrs Obyekti);
“Qala” Dövlət tarix-etnoqrafiya qoruğu (Bakı şəhəri, Xəzər rayonu);

Eyni zamanda, sentyabrın 17-də saat 19:00-da “Avropa İrs Günləri”nin qeyd edilməsi münasibətilə Fəvvarələr Meydanında Azərbaycan və Avropa bəstəkarlarının klassik musiqi əsərlərinin yerli və xarici turistlər arasında təbliği məqsədilə Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin açıq havada konserti təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti