...

Tbilisi Dövlət Dram Teatrının Şəki festivalında çıxışı maraqla qarşılanıb (FOTO)

Mədəniyyət Materials 18 Sentyabr 2016 22:47 (UTC +04:00)
II Şəki Beynəlxalq Teatr Festival çərçivəsində sentyabrın 18-də Gürcüstan Respublikasının S.Axmeteli adına Tbilisi Dövlət Dram Teatrının yaradıcı kollektivi Şəki tamaşaçılarına Vaja Pşavelanın “Ev yiyəsi və qonaq” tamaşasını təqdim edib
Tbilisi Dövlət Dram Teatrının Şəki festivalında çıxışı maraqla qarşılanıb (FOTO)

Bakı. Trend:

II Şəki Beynəlxalq Teatr Festival çərçivəsində sentyabrın 18-də Gürcüstan Respublikasının S.Axmeteli adına Tbilisi Dövlət Dram Teatrının yaradıcı kollektivi Şəki tamaşaçılarına Vaja Pşavelanın “Ev yiyəsi və qonaq” tamaşasını təqdim edib.

Şəki Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru İrakli Qoqiya, rəssamı Laşa İaşvili, musiqi tərtibatçısı isə Zviad Beriaşvilidir. Tamaşada əsas rolları Andria Gveleşiani, Georgi Çadadze, Gigi Miqriauli, Tina Gvazava və başqaları oynayıblar.

Əsər ovçu Çoxolanın başına gələnlərdən bəhs edir. Doğma kəndinin yaxınlığında naməlum adama rast gələrək onu evinə dəvət edən Çoxola hələ bilmir ki, bu adam onun öz doğma qardaşının qatilidir.
Əsərdə iki qədim adət – qonaqpərvərlik və qanlı qisas adətləri toqquşur.

Tamaşanın sonunda kollektivə festivalın təşkilatçıları adından hədiyyə təqdim olunub.

Sentyabrın 19-da isə festivalın davamı olaraq Şəki teatrının səhnəsində Moskvanın “Trikster” Teatrı çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti