Bakı. Trend:
İtaliyanın məşhur "Roberto Cavalli" dəb evi Milandakı ofisini bağlayır və işçilərinin təqribən 35 faizini ixtisara salır.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu tədbirlər xərclərin azaldılması və 2018-ci ildə gəlirliliyin bərpa edilməsi məqsədilə görülür.
Dəb evinin dünya üzrə 672 əməkdaşından 200-ü ixtisara düşəcək.