Bakı. Elmira Tariverdiyeva - Trend:
Britaniyanın nüfuzlu "The Guardian" qəzeti Azərbaycanın xalçaçı-rəssamı Faiq Əhmədə məqalə həsr edib.
Trend-in məlumatına görə, məqalədə rəssamın işinə bütün dünyada tələbat olduğu qeyd edilir.
Nəşr yazır ki, hazırda F.Əhmədin əsərlərinin qiyməti dünya bazarlarında 15 min dollardan başlayır.