...

Beauty Queen of Azerbaijanın sonuncu kastinq seçimləri olacaq (VIDEO)

Mədəniyyət Materials 9 Dekabr 2016 09:35 (UTC +04:00)
Beauty Queen of Azerbaijan (Azərbaycanın Gözəllik Kraliçası) layihəsinin növbəti və sonuncu kastinq seçimləri olacaq.
Beauty Queen of Azerbaijanın sonuncu kastinq seçimləri olacaq (VIDEO)

Bakı. Trend:

2016-ci il dekabrın 11-də saat 11:00-da Shani Boutique Restaurant&Club-da "ElTur production"-nun tədqim etdiyi Beauty Queen of Azerbaijan (Azərbaycanın Gözəllik Kraliçası) layihəsinin növbəti və sonuncu kastinq seçimləri olacaq.

Yarışmanın münsif heyətində Azərbaycanın tanınmış modelyer-dizaynerləri əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Mili Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova, Afaq İsmayılzadə, əməkdar artist - Tünzalə Ağayeva, stilist-Nəsir Babayev, Fuad Haciyev, aktyor-aparıcı Şəhriyar Əbilov, rəqqasə- aktrisa- Oksana Rəsulova iştirak edəcəklər. Qatılmış xanımlar arasından cəmi 24 xanım seçiləcək. Seçilmiş 24 xanımdan - 12-i yarımfinal mərhələsində iştirak edəcək.

Azərbaycanda ilk dəfə olaraq keçiriləcək tam fərqli gözəllik yarışmasının yarımfinal / final mərhələsində Türkiyənin tanınmış modelyerlərinin Tolqa Cam və Serdar Uzuntaş, eləcə də türk estradasının pop ulduzları - Petek Dinçöz, Merve Özbey, Sinan Akçıl və digərlərinin iştirakı gözlənilir. Gözəllik kraliçası yarışmasında 1-ci yerin sahibi qızıl tac və pul mükafatı, 2-ci və 3-cü yerin sahibləri pul mükafatına layiq görüləcək. Bununla yanaşı, Türkiyənin tanınmış model şirkəti ilə müqaviləyə də imza atacaqlar.

Layihənin rəhbəri- Azərbaycanın Türkiyədəki aktyoru Elmir İsmayılov, direktoru - Türkan Novruzova, produsseru - Orxan Salmandır.

Əlaqə nomrəsi: +99470-938-08-18 Orxan Salman
Ünvan: Shani Boutique Restaurant& Club. Bakı şəh, 6-cı paralel Naxçıvani 1. Statistikanın qarşısı. Facebook : beautyqueenaz
Instaqram: beautyqueenaz

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti