...

"Most Fashionable Awards 2017" beynəlxalq mükafatladırma mərasiminin açılışı keçiriləcək

Mədəniyyət Materials 23 Fevral 2017 15:49 (UTC +04:00)
"Most Fashionable Awards" 2017 beynəlxalq mükafatladırılma mərasiminin açılışı 27 fevral saat 18:00 da, «Passage 1901»də keçiriləcək.
"Most Fashionable Awards 2017" beynəlxalq mükafatladırma mərasiminin açılışı keçiriləcək

Bakı. Trend:

"Most Fashionable Awards" 2017 beynəlxalq mükafatladırılma mərasiminin açılışı 27 fevral saat 18:00 da, «Passage 1901»də keçiriləcək.

Gecənin qonaqlarını estrada ulduzlarının ifası, zəngin şou-proqramlar və moda şousu gözləyir. Gecənin sonunda xüsusi qonaq olaraq DJ Çina çıxış edəcək. Beynəlxalq layihədə yerli ulduzlar– müğənnilər, aktyorlar, ictimai xadimlər, rejissorlar, stilistlər, media işçiləri, modellər, idmançılar və digər sahələrin tanınmış simaları yarışır.

Layihənin qaydalarına əsasən, “Dünya Gözəllik Konqresi”nin Azərbaycan nümayəndəliyi tərəfindən seçilən ulduz iştirakçılarımız iki ay səsvermədə iştirak edir. Birinci turda sosial media üzərindən səsvermə yolu ilə iştirakçılar ikinci tura adlayırlar. Ikinci turda isə hər biri öz katiqoriyasında ən çox səs toplamış 5 iştirakçı “Top-5” siyahısına düşəcək və final mərhələsinə vəsiqə qazanacaq. Finala adlayan iştirakçılar ən yaxşı beşlikdə olduqları üçün beynəlxalq sertifikatla təltif olunacaqlar. Sertifikatlar Avropdan birbaşa göndəriləcək və “Dünya Gözəllik Konqresi”nin (WBC) prezdenti tərəfindən təqdim olunacaq. Qeyd edək ki, dünyanın 80-dən çox ölkəsində fəaliyyət göstərən, “Dünya Gözəllik Konqresi”nin layihəsi olan "Most Fashionable Awards" mükafatlandırma mərasimi paytaxtımızda artıq bir dəfə keçirilib və böyük uğur qazanıb.

Layihənin beynəlxalq direktoru Zamir Hüseynov, Azərbaycan üzrə direktoru Aqil Məmiyevdir. Təşkilati komitədə bu il Xalq artisti Faiq Ağayev, prodüsser Tarix Əliyev, aparıcı Afaq Gəncəli, "Kəngərli Group"un rəhbəri Cəlal Kəngərli və modelyer-dizayner Afaq İsmayılzadə yer alacaq.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Xəbər lenti

Xəbər lenti