...

8 mart - Beynəlxalq Qadınlar günü ilə bağlı konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 7 Mart 2017 13:32 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 8 mart – Beynəlxalq Qadınlar günü ilə əlaqədar konsert keçirib.
8 mart - Beynəlxalq Qadınlar günü ilə bağlı konsert keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə martın 6-da Nizami Kino Mərkəzində 8 mart – Beynəlxalq Qadınlar gününə həsr olunmuş bayram konserti keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəyovun ev-muzeyinin direktoru Sərdar Fərəcov, əməkdar artist Anar Şuşalı, uşaq musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

Konsertdə G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdlərinin ifasında R.Rüstəmovun “Anacan”, R.Şəfəq “Hər yerdən vətən yaxşıdır”, T.Quliyev “Zibeydə”, M.Maqomayev “Azərbaycan”, Valerio Zelli “Vivo perlei”, Koren “Hallelujah”, Puccini “Laurettanin ariyası”, A.Çeşeroqova “Mama”, Percy Maytfield “Hit the road Jack”, Michael Jaskson “You are not alone”, Valerio Zelli “Vivo perlei” kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Sonda çıxışçılar 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə bütün qadınları təbrik edərək, Azərbaycanda qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən bəhs ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti