...

Akademik Milli Dram Teatrında Novruz tamaşası - "Kosanın qızı" (FOTO)

Mədəniyyət Materials 16 Mart 2017 09:29 (UTC +04:00)
Akademik Milli Dram Teatrı Novruz bayramı günlərində azyaşlılar üçün “Kosanın qızı” tamaşasını təqdim edəcək.
Akademik Milli Dram Teatrında Novruz tamaşası - "Kosanın qızı" (FOTO)

Bakı. Trend:

Akademik Milli Dram Teatrı Novruz bayramı günlərində azyaşlılar üçün “Kosanın qızı” tamaşasını təqdim edəcək.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Rəhman Əlizadənin "Keçəlin toyu" pyesinin motivləri əsasında, Anar Sadıqovun ssenariləşdirdiyi səhnə əsərinin rejissoru və musiqi tərtibatçısı Əlif Cahangirdir.

Tamaşanın rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xoreoqrafı Lalə Hacıyeva, rejissor assistenti Nərmin Həsənovadır. Səhnə əsərində əməkdar artistlər Mirzə Ağabəyli və Əlvida Cəfərov (Dədə Qorqud), Mehriban Xanlarova (Küpəgirən), aktyorlar Rada Nəsibova (Bahar qızı), Ramin Şixəliyev və Vüsal Mustafayev (Keçəl), Cümşüd Zeynalov və Vüsal Məmmədov (Kosa), Rəşad Bəxtiyarov (Həkim) və Firuzə Balayeva (Keçi) çıxış edəcəklər.

Səhnə əsərinin süjet xətti belədir: Keçəl Kosanın qızı Bahara aşiq olur. Ona elçi düşərək evlənmək istəyir. Qazı vəzifəsinə təyin olunan Kosa isə artıq Keçəli bəyənmir və qızını ona vermək istəmir. Günlərin birində keçəlin tapdığı sehrli mücrü isə hadisələri kökündən dəyişir. Səhnə əsəri martın 17-dən etibarən saat 11:00, 13:00, 15:00 və 17:00-da təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti