...

YARAT Müasir İncəsənət Məkanında Eyyub Yaqubovun konserti keciriləcək

Mədəniyyət Materials 27 Mart 2017 14:53 (UTC +04:00)
YARAT Müasir İncəsənət Məkanında müasir zamanın qeyri-müəyyənlikləri və illüziyalarına həsr olunmuş "Aldanma!" adlı ədəbiyyat gecəsi keçiriləcək.
YARAT Müasir İncəsənət Məkanında Eyyub Yaqubovun konserti keciriləcək

Bakı. Trend:

Aprelin 1-də saat 19:00-da YARAT Müasir İncəsənət Məkanında müasir zamanın qeyri-müəyyənlikləri və illüziyalarına həsr olunmuş "Aldanma!" adlı ədəbiyyat gecəsi keçiriləcək.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycanın əməkdar artisti Eyyub Yaqubov və onun yaradıcı kollektivi ilə birgə hazırlanmış xüsusi proqram təqdim olunacaq. Ədəbiyyat gecəsi çərçivəsində E.Yaqubov ilk dəfə “Yıxılır dünya” mahnısının video klipinin sirli məqamlarını açıqlayacaq. Bununla yanaşı, qonaqlar poeziya və musiqi parçalarından zövq ala biləcəklər. Tədbirin yekununda E.Yaqubovun canlı konserti baş tutacaq.

Orxan Hüseynovun "Əziz Sevgilim" sərgisi gecənin ilham mənbəyidir.

Giriş sərbəstdir.

Proqram:

19:00 – 20:00
Səlim Babullaoğlu və Eyyub Yaqubovla musiqi klipinin və yaradıcılıq haqqında müzakirə
Məkan: 2-ci mərtəbə, zal

20:00 – 20:45
Müasir şairlərin çıxışları - Səlim Babullaoğlu, Qismət və Fərid Hüseyn
Məkan: 1-ci mərtəbə, sərgi otaqları

20:45 – 21:20
“Tapmacanın dadına bax” (qeyri-adi təamların dequstasiyası)
Məkan: 1-ci mərtəbə - kitabxana, 2-ci mərtəbə - giriş qapısı

21:30 – 22:15
İnstrumental musiqi ifaları
Məkan: 1-ci mərtəbə, sərgi zalı

22:00
Eyyub Yaqubovun canlı konserti
Məkan: 2-ci mərtəbə, zal

Məqalədə:
Xəbər lenti

Xəbər lenti