...

Canlı yayımda aparıcıya zarafat etdilər (FOTO,VİDEO)

Mədəniyyət Materials 4 Aprel 2017 20:30 (UTC +04:00)
"Oyan Azərbaycan" səhər proqramının bu şənbə efirə gedən buraxılışı “Gülüş günü”nə təsadüf edib.
Canlı yayımda aparıcıya zarafat etdilər (FOTO,VİDEO)

Bakı. Trend:

"Oyan Azərbaycan" səhər proqramının bu şənbə efirə gedən buraxılışı “Gülüş günü”nə təsadüf edib.

Aparıcı Firuzə Cəlilova da aprelin 1-də insanları aldanmamaq, gülüş hədəfinə çevrilməmək üçün diqqətli olmağa çağırıb.

Tamaşaçılar da mövzuya uyğun olaraq “Gülüş günü” başlarına gələn ən maraqlı əhvalatları verilişin "instagram" səhifəsində qeyd ediblər. Aparıcı elə ilk dəqiqələrdən müğənni Səidə Sultan, Buzovnada Novruz tonqalı ətrafında oynadığı rəqslə məşhurlaşan Zahid Quliyev və ictimai yerlərdə rəqs edərək vaynlar hazırlayan Rüfət Cahangirlinin verilişdə qonaq olacağını anons edib. Lakin proqramın ikinci saatına start verilən kimi vəziyyət dəyişib. İlk qonağını-vayner Rüfət Cahangirlini studiyaya dəvət edərək həvəslə söhbətə başlayan Firuzə Cəlilovanın çox keçmədən canlı efirdə əhvalı pozulub. Səbəb isə onun əsəbiləşməyi olub. Süjetə keçid alandan sonra isə gərginlik daha da artıb. Çünki aparıcıya son anda müğənni Səidə Sultanın proqrama qatıla bilməyəcəyi xəbəri verilib. Bundan hədsiz dərəcədə əsəbiləşən Firuzə Cəlilova fasilədə gah müğənniyə, gah da verilişin prodüserinə zəng etməyə çalışıb. Bunun üçün də redaktordan daha bir sujet təqdim etməyi istəyib. Lakin onun bu tələbi yerinə yetirilməyib və yayım birbaşa Səidə Sultanın ifası ilə başlayıb. Müğənninin gülərək studiyaya daxil olduğunu görən Firuzə Cəlilova son anda aldadıldığını anlayıb. Sən demə verilişin baş redaktoru Sərvər Abdullayev və prodüseri Vüqar Şəfiyev aparıcıya 1 aprel zarafatı hazırlayıblarmış.

Daha sonra səbirsizliklə gözlənilən Zahid Quliyev də qonaqlara qatılıb. Çox danışmaqla arası olmayan rəqqas məharətini elə məşhurlaşdığı “Papito” rəqsi ilə göstərib. Rəqqasə Renkanın verilişə gəlməyi isə gözlənilməz olub. Sırf Zahid Quliyevlə birgə rəqs etmək üçün gəldiyini deyən Renka onu səhnəyə dəvət edib.

Qeyd edək ki, Zahid Quliyevin nəinki xarici, eləcə də milli oyun havalarında da əla rəqs etmək bacarığı var. Bu rəqslər verilişin növbəti buraxılışlarında tamaşaçılara təqdim olunacaq.
Səhər proqramı həmçinin hər həftə müxtəlif mövzularda hazırlanan və gündəmi əks etdirən 20-dən çox reportaj və videomaterialları tamaşaçılarına təqdim edir. Verilişin içində yer alan digər rubrikalar(“İş verən”, “Haqqım var”, “Balalar bilirmi?!”, “Sərhədsiz”, “Xərci var”, “Bilirsinizmi”, “Qadın nə istəyir?!”, “Biş-düş”, “Kəndçi”, “Möhkəm ol”, “Özünü sına”, “Meqapolis”, “Dostum”, ”Düzələr”, “Ulduzlu uşaq”, “Uğur düsturu” və s.) da xüsusi mövzuları və yanaşmaları ilə seçilir.
Hər buraxılışda gündəmi əks etdirən mövzular həm ekspertlərlə, həm də tamaşaçılarla müzakirə olunur.

Trend.az, Day.az, Milli.az-ın informasiya dəstəyi ilə yayımlanan proqramın layihə rəhbəri Firuzə Cəlilova, baş redaktoru Sərvər Abdullayevdir. Foto dəstəyi Bakupic Groupa aiddir. Veriliş Xəzər TV-də hər həftənin şənbə və bazar günləri, saat 8:00-11:00 radələrində efirə çıxır.

Xəbər lenti

Xəbər lenti