...

Beynəlxalq Muğam Mərkəzində “Mavi İşıqla İşıqlandır ”adlı konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 2 May 2017 20:42 (UTC +04:00)
Aprelin 30-da Beynəlxalq Muğam Mərkəzində Ümumdünya Autizm gününə həsr olunmuş “Mavi İşıqla İşıqlandır” adlı konsert keçirilib.
Beynəlxalq Muğam Mərkəzində “Mavi İşıqla İşıqlandır ”adlı konsert keçirilib (FOTO)

Bakı. Trend:

Aprelin 30-da Beynəlxalq Muğam Mərkəzində Ümumdünya Autizm gününə həsr olunmuş “Mavi İşıqla İşıqlandır” adlı konsert keçirilib.

Qeyd edək ki, aprel ayı autizm ayı kimi qeyd olunur. Azərbaycan bu layihəyə 2012-ci ildə Ümumdünya Autizm günündə qoşulub.

Tədbirin açılışında autizmli uşaqların ifasında Azərbaycan və Türkiyə himni səsləndi. Autizmlə bağlı tanınmış sənətçilərin maarifləndirici fikirlərindən ibarət videoçarx nümayiş olunub.

Əvvəlcə İzmir Ouitzm Orkestrası – İZOT (autizmli uşaqlardan ibarət) xor qrupu öz ifaları ilə qonaqları salamlayıb. Daha sonra səhnəyə “Birgə və Sağlam” ictimai birliyinin sədri Aytən Zeynalova çıxaraq bu tədbirdə öz əməyini əsirgəməyən hər kəsə təşəkkürünü bildirib və Beynəlxalq Muğam Mərkəzinə bu tədbirin reallaşmasında, autizm ilə baglı maarifləndirici videoçarxın hazırlanmasında göstərdiyi dəstəyə görə minnətdarlığını çatdırıb. Tünzalə Ağayeva və "Natiq" ritm qrupunun iştirakı tədbirin daha da maraqlı keçməsinə səbəb olub. Tədbirdə əməkdar artist Tünzalə Ağayevanın iştirakı ilə “Azərbaycanlıyam”, "Natiq" ritm qurupunun ifasında isə “Atəşgah” kompozisiyası səslənib.

Xəbər lenti

Xəbər lenti