...

Kiyevdə Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 11 May 2017 12:58 (UTC +04:00)
Kiyev şəhərində Ümummili Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş sinfonik konsert keçirilib.
Kiyevdə Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş konsert keçirilib (FOTO)

Bakı. Trend:

Kiyev şəhərində Ümummili Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş sinfonik konsert keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin Kiyev şəhərindəki abidəsinin önünə tər çiçəklər qoymaqla, Ulu Öndərin parlaq xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Sonra Ukrayna Milli Flarmoniyasının böyük kansert salonunda dahi öndərin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş sinfonik konsert keçirilib. Ukraynanın dövlət və hökumət rəsmilərinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin, xarici diplomatik korpus rəhbərlərinin və diaspora fəallarının iştirak etdiyi gecədə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək, müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb.

Onun müdrik dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini vurğulayan səfir, Azərbaycanla Ukrayna arasında tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasında Ulu Öndərin misilsiz xidmətlərindən bəhs edib.

Rəsmi hissədən sonra Azərbaycanın xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu və Ukrayna Milli Akademik Sinfonik arkestrinin ifasinda Fikrət Əmirovun əsərlərindən ibarət maraqli konsert proqramı keçirilib. Ulu Öndərin parlaq xatirəsinə işıq saçan gecədə, sinfonik arkestrin müşayiətilə xalq artisti Fərhad Bədəlbəylinin pianino ifasında səslənən “Azərbaycan kapriççiosu” , ”Ərəb mövzusunda fortepiano üçün konsert” və digər Azərbaycan klassiklərinin əsərləri ukraynalı musiqisevərlər tərəfindən böyük alqışlarla qarşılanıb.

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə mayın 12-də Kiyev şəhərindəki Heydər Əliyev adına parkda Ulu Öndərin xatirəsinə həsr olunmuş 1-ci etno-caz festifalı, mayın 18-də isə Borispol hava limaninda Azərbaycanın qədim və zəngin mədəniyyətini özündə əks etdirən gecə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti