...

Heydər Əliyev Sarayında möhtəşəm bayram konserti (FOTO)

Mədəniyyət Materials 30 May 2017 16:53 (UTC +04:00)
1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Pillə” adlı bayram konserti keçirilib.
Heydər Əliyev Sarayında möhtəşəm bayram konserti (FOTO)

Bakı. Trend:

Mayın 29-da Heydər Əliyev Sarayı, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Pillə” adlı bayram konserti keçirilib.

İdarənin İnformasiya və İctimaiyyətlə Əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, İdarənin nəzdində olan Bakı şəhər uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin iştirakı ilə möhtəşəm konsert proqramı ilə çıxış ediblər:

Musiqi məktəblərinin ifasında Qara Qarayev - “Yeddi gözəl” baletindən vals, “Qarabağ şikəstəsi”, Arif Məlikov - “Süita” II hissə , "Şirvan kompozisiyası, Üzeyir Hacıbəyli - “Arşın mal alan” operettasından uvertüra ,29. Müslüm Maqomayev - “Sinyaya veçnost”, Tofiq Quliyev – “Zibeydə”, Sevil Əliyeva - “Ana”, Maxglaner - “Zigeuner-Marsch” Dmitriy Saratskiy - "Me and my guitar", Pyotr İlyiç Çaykovskiy - “Sentimental vals”, Robertino Loretti – "Camayka", Dino Fekaris – “I will survive”, Qlen Miller – “İn the mood" kimi əsərlər təqdim olunub.

Bayram konserti Heydər Əliyev Sarayında saat 19.00-da baş tutub.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti