Bakı. Trend:
Xalq artisti Qəndab Quliyeva 68 yaşında vəfat edib.
Trend-in məlumatına görə, mərhum sabah Binə kənd qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Qəndab Quliyeva bir neçə gün əvvəl ürək, böyrək çatışmazlığı diaqnozu ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiyasına yerləşdirilmişdi.
1981-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərən Qəndab Quliyeva Leyli (“Leyli-Məcnun”), Əsli (“Əsli və Kərəm”), Ərəbzəngi (“Şah İsmayıl”), Şahsənəm ("Aşıq Qərib”), Gülbahar (“Gəlin qayası”), Xanəndə qız (“Vaqif”) rollarını yaradıb.