Bakı. Trend:
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin "Retro Bakı" layihəsi Qurban bayramı ərəfəsində konsert proqramı hazırlayıb.
İdarədən Trend-ə verilən məlumata görə, mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə Fəvvarələr Meydanında keçirilən konsertlərdə bu həftə xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artist Ədalət Şükürov, əməkdar artist Elza Seyidcahan, Rasimə Seyidcahan, Təranə Mahmudova, Orxan Babazadə, Qurd (Fərid Eminov), Çinarə Bəkirova, Həmidə Hüseyn, Mətin Rzazadə, Aygün Məmmədli, Əhməd Mustafayev, Könül Şıxəliyeva, Emil Əliyev, Nofəl Aslanov, Əlisahib Cəlilov, Əhməd Mustafayev, Ruslan Zülfiqarov, “Aysel” və “Məryəm” rəqs ansamblları çıxışları ilə bayram əhval-ruhiyəsi bəxş ediblər.
Musiqi sədaları altında paytaxt sakinləri və turistlər rəqslər edib və maraqlı anlar yaşayıblar.