Bakı. Trend:
Oktyabrın 26-da Heydər Əliyev Sarayında tanınmış yerli caz ifaçılarının konsert proqramı keçiriləcək.
Saraydan Trend-ə verilən məlumata görə, “jAzzeri Muğam Bands” caz musiqisi axşamında əməkdar incəsənət xadimi Cəmil Əmirov və “Savab” caz qrupu, əməkdar artist Mircavad Cəfərov və “Cəngi” estrada folklor qrupu, əməkdar artist Rəşad Haşımov və “Rast” qrupu, çoxsaylı müsabiqələrin laureatları, ifaçılar Arslan Növrəsli (tar), Şəhriyar İmanov (tar), Elvin Bəşirov quartet, Nicat Aslanov quartet və Afşin Əlizadə quartet iştirak edəcəklər.
Konsertdə yerli caz kompozisiyaları və dünyaca məşhur əsərlər səsləndirəcəklər.
Saat 19:00-da başlayacaq konsertin biletləri 10-40 manat arasında satışa çıxarılıb. Biletləri İticket.az dan onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiz.