...

Aşıq Ədalət vəfat etdi

Mədəniyyət Materials 14 Sentyabr 2017 16:28 (UTC +04:00)
Prezident təqaüdçüsü, əməkdar incəsənət xadimi Ədalət Nəsibov (Aşıq Ədalət) dünyasını dəyişib.
Aşıq Ədalət vəfat etdi

Bakı. Samir Əli - Trend:

Prezident təqaüdçüsü, əməkdar incəsənət xadimi Ədalət Nəsibov (Aşıq Ədalət) dünyasını dəyişib.

Trend-in məlumatına görə, Aşıq Ədalət uzun sürən xəstəlikdən sonra bu gün 78 yaşında Bakıda Nərimanov rayonunda yerləşən evində vəfat edib.

Xatırladfaq ki, Aşıq Ədalət xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi məlumatı təsdiq edib.

Allah rəhmət eləsin.

Xəbər lenti

Xəbər lenti