...

Teatrımız Kiyevdə keçiriləcək festivalda iştirak edəcək

Mədəniyyət Materials 19 Sentyabr 2017 20:34 (UTC +04:00)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabr ayında sayca 3-cü Beynəlxalq teatr festivalında iştirak edəcək.
Teatrımız Kiyevdə keçiriləcək festivalda iştirak edəcək

Bakı. Trend:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabr ayında sayca 3-cü Beynəlxalq teatr festivalında iştirak edəcək.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 4-9 oktyabr tarixlərində Ukraynanın paytaxtı Kiyev şəhərində keçiriləcək “Mariya” Beynəlxalq Monotamaşaları Festivalında Azərbaycan və Kalmıkiyaın Əməkdar artisti Şövqi Hüseynov Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə ölkəmizi təmsil edəcək.

Qeyd edək ki, tamaşa Azərbaycan və rus dillərində oynanılır. Səhnə əsəri indiyədək İran, Türkiyə, Moldova, Rusiya, Ukrayna və digər ölkələrdə keçirilən beynəlxalq teatr festivallarında bir sıra mükafatlara layiq görülüb.

Dünyanın müxtəlif ölkələrinin, Polşa, İspaniya, Slovakiya, Türkiyə teatr kollektivinin iştirak edəcəyi Beynəlxalq “Mariya” Monotamaşalar Festivalı çərçivəsində müsabiqələr, sərgilər, elmi konfranslar, ustad dərsləri və yaradıcılıq görüşləri keçiriləcək. Festivalın məqsədi teatr xadimlərini, ədəbiyyat adamlarını, dramaturqları, musiqiçiləri bir araya gətirərək mədəni dialoqa xidmət etməkdir.

Ş.Hüseynov həmçinin, festivalın “Mədəniyyətin möcüzəsi” adlı beynəlxalq konfransında Azərbaycan teatrının inkişafı və “Avropa və Ukrayna” teatrlarının əməkdaşlığına həsr olunan dəyirmi masada iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti