...

Aktrisamız beynəlxalq diploma layiq görülüb

Mədəniyyət Materials 19 Sentyabr 2017 19:41 (UTC +04:00)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası beynəlxalq diploma layiq görülüb.
Aktrisamız beynəlxalq diploma layiq görülüb

Bakı. Trend:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası beynəlxalq diploma layiq görülüb.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı sentyabrın 7-dən 14-dək Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində ənənəvi olaraq keçirilən Türkdilli xalqların VI “Tuqanlıq” Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil edib.

Teatr sentyabrın 11-də M.Kərim adına Milli Gənclər Teatrının səhnəsində yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” mono tamaşası ilə çıxış edib. “Cəza” tək adamlıq psixoloji oyun dramıdır. Tamaşada əsas və yeganə rolu Əməkdar artist Kəmalə Hüseynova ifa edir. Aktrisa K.Hüseynova festivalda “İsteadalı ifaya görə” Başqırdıstan Mədəniyyət Nazirliyinin xüsusi diplomuna layiq görülüb.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ağasəlim Feyzullayev, tryukların quruluşu isə İsa Əsədova məxsusdur.

“Cəza” tamaşası çox gənc ikən ailə qurmuş qadının taleyindən bəhs edir.

Xatırladaq ki, “Tuğanlıq” Turkdilli Teatrların Beynəlxalq Festivalı 1991-ci ildən keçirilir. VI “Tuğanlıq Festivalında M.Qafuri adına Başqırd Akademik Teatrı, Topanov adına Xakas Milli Teatrı, “Uçur” Qırğız Gənclər Teatrı, M.Karim adına Başqırd Milli Gənclər Teatrı, Dağıstan Dövlət Noqay Dram Teatrı, Balkar Dövlət Dram Teatrı, K.İvanov adına Çuvaş Dövlət Dram Teatrı, H.Kamal adına Tatar Dövlət Dram Teatrı, “Jastar” Qazax Teatrının tamaşaları nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti