...

İşdən çıxan və yeni təyin olunanlar var - SİYAHI

Mədəniyyət Materials 3 Oktyabr 2017 17:42 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin müvafiq əmrinə əsasən şəbəkəsinə daxil olan bir neçə mədəniyyət evlərinin rəhbərliyində yerdəyişmələr olub.
İşdən çıxan və yeni təyin olunanlar var - SİYAHI

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin müvafiq əmrinə əsasən şəbəkəsinə daxil olan bir neçə mədəniyyət evlərinin rəhbərliyində yerdəyişmələr olub.

Trend-ə idarədən verilən məlumata gröə, H.Abbasov adına mədəniyyət evinin direktoru Vüqar Elşad oğlu Ağayev işdən azad olunaraq, M.Ə.Sabir adına Balaxanı qəsəbə mədəniyyət evinə, M.Ə.Sabir adına Balaxanı qəsəbə mədəniyyət evinin direktoru Fazil Mütəllim oğlu Vəliyev isə M.Ə.Sabir adına Bülbülə qəsəbə mədəniyyət evinə direktor vəzifələrinə təyin olunublar.

İdarənin digər əmrinə əsasən M.Ə.Sabir adına Bülbülə qəsəbə mədəniyyət evinin direktoru Cavid Sahib oğlu Məlikov tutduğu vəzifədən azad olunaraq, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin direktor müavini vəzifəsinə təyin edilib.

Xəbər lenti

Xəbər lenti