...

Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsi davam edir (FOTO)

Mədəniyyət Materials 12 Oktyabr 2017 20:42 (UTC +04:00)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” adlı layihənin ikinci mərhələsinin ilk konserti keçirilib.

Konsertdə “Bayatı-Kürd” və “Mahur-Hindi” muğamları səslənib.

İlk olaraq səhnəyə əməkdar müəllim Qəzənfər Abbasov çıxaraq muğamın inkişafından və keçirilən muğam konsertlərinin gələcək nəsilə verdiyi töhvələrdən danişıb.

Gecədə tanınmış xanəndələr Hüseyn Məlikov və Kamilə Nəbiyevanı “Muğam” instrumental ansamblı müşayiət edib. Onların ifasında “Mahur-Hindi” muğamı səslənib.

Tarda ansamblın bədii rəhbəri, əməkdar artist Sahib Paşazadə, kamançada əməkdar artist Toğrul Əsədullayev, qanunda əməkdar artist Çinarə Heydərova, udda Şəfa Kərimov, balabanda Azad Əliməmmədov, nağarada Emin Cəbrayılov ifa ediblər.

Daha sonra xanəndə Abgül Mirzəliyevin ifasında “Bayatı-Kürd” muğamı səslənib.

Xanəndələr tərəfindən ifa olunan hər iki muğam tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb.

Qeyd edək ki,layihə noyabrın 1-də “Orta-Mahur” və “Rahab” muğamlarının səslənməsi ilə davam edəcək.

Biletləri şəhərin kassalarından,Asan xidmət mərkəzindən və www.iticket.az saytından əldə edə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti