...

YARAT ilk "M.A.P" Bakı İncəsənət Festivalını təqdim edir

Mədəniyyət Materials 13 Oktyabr 2017 11:49 (UTC +04:00)
YARAT Müasir İncəsənət Məkanı ilk "M.A.P" Bakı İncəsənət Festivalını təqdim edir.
YARAT ilk "M.A.P" Bakı İncəsənət Festivalını təqdim edir

Bakı. Trend:

Vaxtı ilə Azərbaycan teatrını yaradan dahi insanlar sənət vurğunu idilər. Onların teatr ilə bağlı böyük ümidləri hədsiz-hüdudsuz idi. Bütün varlıqları ilə bu sənətkarlar inanırdırlar ki, hər bir xalqın teatrı – onun milli məfkurəsini, daxili mənliyinin, bədii estetikasının güzgüsüdür. Bu teatr korifeyləri bəlkə də düşünməzdilər ki, elə bir vaxt gələcək ki, xalqın əksər hissəsi teatra tam laqeyd olacaq və onların nəvə-nəticələri sosial şəbəkələrdəki ünsiyyəti sənətdən üstün tutacaqlar.

Yaranmış vəziyyətin köklərini və bütövlüklə bu fenomeni araşdıranlar teatr böhranından, internetin təsirindən və zamanın tələblərindən nə qədər danışsalar belə, biz YARAT olaraq əminik ki, teatr bizə hava və su kimi lazımdır. Bizim növbəti layihəmiz teatr sənəti ilə bağlıdır. Bu noyabrın 1-dən başlayan 1-ci “M.A.P” Bakı İncəsənət Festivalıdır. Bənzəri və oxşarı olmayan fantastik bu layihə müxtəlif sənət janrlarını ehtiva edir. Festivalın bədii amalı və yüksək hədəfi ilk növbədə gənc nəslə müasir teatr sənətinin mahiyyətini çatdırmaqdan ibarətdir. Məhz bu səbəbdən biz teatr banilərimizin maarifpərvər ideyalarına üz tuturuq, böyük uğur qazanmış modern teatrın parlaq əsərlərini nümayiş etdiririk, musiqi ilə səhnə arasında olan dərin əlaqələri aşkarlayırıq.

Sözsüz, teatrı yaradan da, yaşadan da bu sənətə məcnunsayağı vurğun olan insanlardır. Bizim festivalın əsas qəhrəmanları da məhz belə şəxsiyyətlərdir. Onların istedadı, peşəkarlığı elə bir təsir qüvvəsinə malikdir ki, həm gəncləri, həm yaşlı nəsli öz ovsunu ilə alacaq. Sizdən gəlmək, bizdən sizi məftun etmək! Səbirsizliklə sizi gözləyirik.

“M.A.P” Bakı İncəsənət Festivalı “Bakcell” şirkətinin dəstəyi ilə həyata keçirilir.

Tamaşalar:

“Bir əsgərin hekayəti” - balet-tamaşasının premyerası, bəstəkar İqor Stravinski, rejissor Mehdi Məmmədov, dirijor Yalçın Adıgözəlov (Azərbaycan)

“Gülməli adamın yuxusu” – “Pyotr Fomenkonun Emalatxanası” teatrı (Rusiya)

“Ked” – “Praktika” teatrı (Rusiya)

“Troya zövcələri” – “Royal District” teatrı (Gürcüstan)

“Birgə yaşama” - “Eskizı v prostranstve” aktyor qrupu (Rusiya)

“Sovrulanlar” baleti – “Novıy Balet” teatrı (Rusiya)

“Çevrilmə” baleti – “Novıy Balet” teatrı (Rusiya)

“Bolero” baleti – “Novıy Balet” teatrı (Rusiya)

Ustad dərslər:

“Gaga Intensive” müasir rəqs məktəbinin (İsrail) üçgünlük ustad dərsi

Ruslan Malikovun rejissor sənətinə dair ustad dərsi (“Praktika” teatrı, Rusiya)

Mühazirələr:

Aktyor və rejissor Oleq Lyubimovun mühazirəsi (“Pyotr Fomenkonun Emalatxanası” teatrı, Rusiya)

Səhnə dekoratoru, rəssam Alisa Malikovanın mühazirəsi (“Praktika” teatrı, Rusiya)

Konsert:

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri

Bencamin Britten – “Frenk Bric mövzusuna dair variasiyalar”

Sofiya Qubaydulina – “Fachwerk”

Dirijor - Yalçın Adıgözəlov

Solist - Roman Yusipey (Almaniya)

“M.A.P” Bakı İncəsənət Festivalı haqqında ətraflı məlumat əldə etmək üçün əlaqə: +994 50 289 31 32, məlumat və şəkil əldə etmək istəyən KİV-lər üçün əlaqə: Hökümə Kərimova - telefon: +99 450 274 6747, email: [email protected].

Məqalədə:
Xəbər lenti

Xəbər lenti