...

Gənc Tamaşaçılar Teatrında yeni tamaşa hazırlanır (FOTO)

Mədəniyyət Materials 24 Oktyabr 2017 20:48 (UTC +04:00)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın hazırlanmasına start verilib.
Gənc Tamaşaçılar Teatrında yeni tamaşa hazırlanır (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın hazırlanmasına start verilib.

Teatrdan Trend-ə verilən məlumata görə, H.X Andersenin “Qar kraliçası” əsəri əsasında eyni adlı tamaşanın rejissoru Elşad Rəhimzadə, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova, tamaşanın plastik həlli Ceyhun Dadaşov, rejissor assistenti Sona Mustafayevadır.

Tamaşada Mehriban Hüseynova, Zemfira Əbdülsəmədova, Könül Əbilova, Anar Seyfullayev, Vahid Orucoğlu, Elşən Şıxəliyev, Ceyhun Məmmədov, Qəmər Məmmədova və digər aktyorlar rol alıb.

Tamaşa dekabr ayında təhvil veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti