...

Tarzən Həmid Vəkilovun yaradıcılıq gecəsi keçirilib (FOTO)

Mədəniyyət Materials 15 Noyabr 2017 20:28 (UTC +04:00)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının birgə layihəsi çərçivəsində tarzən, Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının professoru Həmid Vəkilovun yaradıcılıq gecəsi keçirilib.

Trend-in məlumatına görə, gecədə sənətkarın həyat və yaradıcılığından, Azərbaycan Televiziyasının “Qızıl fondu”nda saxlanılan ifalarından ibarət videoçarx nümayiş olunub.

Xalq artisti, professor, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, akademik Vidadi Xəlilov çıxış edərək, sənətkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açıblar. Qeyd edilib ki, sənətkar Həmid Vəkilov haqqında yazılmış Baris Əsədovun “Tarda dünya musiqisi”, Əbülfəs Mədətoğlunun “Yarım əsr tarla nəfəs nəfəsə”, Rafiq Salmanovun “Tar yaşadıqca onu yaşadan sənətkarı da yaşadır”, Rafiq Hacıyevin “Novator tarzən” adlı məqalələri işiğ üzü görüb.

Daha sonra tədbir konsert proqramı ilə davam edib.

Əməkdar artistlər Təranə Əliyeva (qanun), Sahib Paşazadə (tar), ifaçılar Mehri Arifqızı (kamança), Natəvan Həsənzadə (qanun) Həmid Vəkilovun bəstələrini ifa ediblər.

Konsert maraqla və alqışla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti