...

İlin ən ulduzlu komediyası gəlir

Mədəniyyət Materials 30 Noyabr 2017 20:18 (UTC +04:00)
“CinemaPlus” kinoteatrlar şəbəkəsində dekabrın 21-də “Cinemazadeh” studiyasının istehsalı olan “Kəklikotu” macəra komediyasının nümayişi keçiriləcək.
İlin ən ulduzlu komediyası gəlir

Bakı. Trend:

“CinemaPlus” kinoteatrlar şəbəkəsində dekabrın 21-də “Cinemazadeh” studiyasının istehsalı olan “Kəklikotu” macəra komediyasının nümayişi keçiriləcək.

Trend-in məlumatına görə, filmdə 20-dən çox məşhur aktyor, muğənni və rejissor rol alıb.

Filmin baş prodüseri Cəfər Axundzadə, quruluşçu rejissorları Cəfər Axundzadə və Vüqar İslamzadə, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədov, quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Rüstəm Zeynalov, musiqi direktoru Aynur Axundzadə, icraçı prodüserləri Tural Əsədov və Xətai Əlidir.

Filmdə Müşfiq Şahverdiyev, Nigar Camal, İslam Mehrəliyev, Əlixan Rəcəbov, Aqil M Quliyev, Məcid Hüseynov, Fərda Amin, Elcan Rəsulov, Kamran Ağabalayev, Ceyhun Zeynalov (Jin), Kənan MM, Oqtay Əliyev, Rövşən Məmmədli, Nofəl Şahlaroğlu, Samir Qulamov, Vüsal Hacıqədir, Oksana Rəsulova, Kamran Həsənli, ABD Malik, Dilarə Kazımova, Şəhriyar Əbilov, Samirə Əfəndiyeva, Xalq artisti Faiq Ağayev və digər tanınmışlar rol alıb.

Meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu bir nəfərə çatacaq bir kisə kəklikotunu başqasına satırlar. Sən demə, kisədə kəklikotu deyilmiş. Milyonla ölçülən həmin əmanətin yiyəsindən yaxa qurtarmaq isə qəliz məsələdir.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etməyə və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti