...

Bülbül adına orta ixtisas musiqi məktəbinin 90 illik yubileyi keçiriləcək

Mədəniyyət Materials 13 Dekabr 2017 19:48 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində Bülbül adına orta ixtisas musiqi məktəbinin yaranmasının 90 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək.
Bülbül adına orta ixtisas musiqi məktəbinin 90 illik yubileyi keçiriləcək

Bakı. Trend:

Dekabrın 18-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Bülbül adına orta ixtisas musiqi məktəbinin yaranmasının 90 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək.

Trend-in məlumatına görə, tədbir Bülbül adına orta ixtisas musiqi məktəbinin yaranmasına həsr edilmiş silsilə konsertlər çərçivəsində məktəbin nəfəs alətləri şöbəsinin müəllim və şagirdləri Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirəcəklər.

Qeyd edək ki, tədbir Beynəlxalq Muğam Mərkəzi və Bülbül adına orta ixtisas musiqi məktəbinin birgə layihəsidir.

Xəbər lenti

Xəbər lenti