...

Azərbaycanlı aktyorlar dünya turundan qayıdıb (FOTO)

Mədəniyyət Materials 12 Mart 2018 21:17 (UTC +04:00)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Birləşmiş Ərəb Əmirlikləri və Hindistanda keçirilən festivalda iştirak edib.
Azərbaycanlı aktyorlar dünya turundan qayıdıb (FOTO)

Bakı. Trend:

Bu il 90 illiyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 2018-ci il fevral ayının 27-dən mart ayının 2-dək Birləşmiş Ərəb Əmirliklərinin Əl Füceyra şəhərində keçirilən VIII Beynəlxalq Monodram tamaşalar festivalında və martın 3-dən 8-dək Hindistanda keçirilən VIII Beynəlxalq Dünya Teatr Olimpiadasında iştirak edib.

Teatrdan Trend-ə verilən məlumata görə, VIII Beynəlxalq Dünya Teatr Olimpiadası təşkilatçılarının dəvəti ilə qastrol səfərinə yollanan kollektiv səfər çərçivəsində T. Vəliyevanın “Cəza” (təkadamlıq oyun) əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edib. Tamaşa fevral ayının 27-dən martın 2-dək BƏƏ-nin Əl Füceyra şəhərində və martın 3-dən 8-dək Hindistan Respublikasının Dehli və Kəlkütə şəhərlərində nümayiş olunub. Teatrın kollektivi və tamaşanın rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə səfər təəsüratlarını bölüşərkən qeyd edib: "Hər iki səfərdə, Əl –Füceyradan sonra Dehli və Kəlkütədə həyəcan dolu və füsunkar günlər yaşadıq. Çox gözəl və məhsuldar səfər oldu. Xoşbəxtəm ki, Gənc Tamaşaçılar Teatrının heyəti ilə bir yerdəyik. Tamaşamız maraqla qarşılandı. Aktrisa Kəmalə Hüseynovanın oyunu tamaşaçılarda möhtəşəm təəssürat yaratdı. Azərbaycanlı aktrisanı oyununa görə əlini öpən tamaşaçılar bizə Azərbaycan teatrı adına böyük sevinc və qürur hissi yaşatdı".

Tamaşa ilə bağlı hər iki ölkənin mətbuatında dərc edilən məqalələrdə deylir: “ Burada sevgi qəhrəmana baha başa gəlir və o, cəzasını çəkməyə məhkumdur. Aktrisa iki saat ərzində səhnədə fəal, eyni tempdə hərəkət, qəzəb və etiraz hissləri ilə çox enerji sərf etdi. “Cəza”nı cəsarətli hekayə və yüksək səviyyəli tamaşa sözləri ilə təsvir etmək olar. Rejisorun əməyi sayəsində səhnə arxasında komandanın qrup dinamikası mükəmməlləşmiş və hər səhnə parlaq kütləvi müvəffəqiyyətə yol alırdı. “Cəza” bu festivalda şöhrətə və şərəfə layiq olan nadir əsərlərdəndir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti