...

Heydər Əliyev Sarayında Azərbaycanın “Ələddin” adlı ilk uşaq müziklinin premyerası olacaq

Mədəniyyət Materials 17 Mart 2018 20:54 (UTC +04:00)
Aprelin 15-də Heydər Əliyev Sarayında Azərbaycanın “Ələddin” adlı ilk uşaq müziklinin premyerası olacaq.
Heydər Əliyev Sarayında Azərbaycanın “Ələddin” adlı ilk uşaq müziklinin premyerası olacaq

Bakı. Trend:

Aprelin 15-də Heydər Əliyev Sarayında Azərbaycanın “Ələddin” adlı ilk uşaq müziklinin premyerası olacaq.

Trend-in məlumatına görə, müziklin quruluşçu-rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti İnarə Babayevadır. Rollarda – Azərbaycan Respublikasının Əməkdar artisti Ələkbər Əliyev, tanınmış estrada ulduzları Zamiq Hüseynov, Sevda Yəhyayeva, Emiliya Yaqubova, Hüseyn Abdullayev və başqa aktyor və müğənnilər çıxış edəcəklər.

Şərq koloriti, ritmik rəqslər, yumor, maraqlı dekorasiyalar, ən əsası isə populyar müğənni və aktyorların ifa edəcəyi bənzərsiz musiqi təkcə balacaların deyil, böyüklərin də ürəyincə olacaq.

Azərbaycanın tarixində ilk uşaq müzikli ölkəmizin mədəni həyatında əsl hadisəyə çevriləcək.

Saat 13:00-da başlayacaq tamaşanın biletləri 6-40 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassasından, iticket.az saytından onlayn, şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30

Məqalədə:
Xəbər lenti

Xəbər lenti