...

Bakıda Yunanıstan və Azərbaycan etnik musiqi ifaçılarının konserti keçirilib (FOTO)

Mədəniyyət Materials 8 May 2018 20:19 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində Yunanıstan və Azərbaycan etnik musiqi ifaçılarının möhtəşəm konserti keçirilib
Bakıda Yunanıstan və Azərbaycan etnik musiqi ifaçılarının konserti keçirilib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində Yunanıstandan gəlmiş etnik musiqiçilər Makis Stamoulis və Kostas Spiropoulis "Rembetiko meets Mugam" adlı möhtəşəm konsertlə çıxış ediblər.

Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, konsert Avropa İttifaqının Azərbaycandakı nümayəndliyinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə 2-ci "IMAGINE" Avropa tolerantlıq festivalı çərçivəsində reallaşıb.

Xatırladaq ki,bundan əvvəl Mərkəzdə Perudan gəlmiş etnik musiqiçilərin konserti olmuşdur ki,tamaşaçılar iştirakçıları sürəkli alqışlarla qarşılamışdılar.
Tədbirin rəsmi hissəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbərliyinin birinci müşaviri Denis Daniilidis çıxış edərək Yunanıstan tarixinin, musiqi və mədəniyyətinin zəngin olduğunu bildirib. Azərbaycan və yunan musiqilərini bir araya gətirmək olduqca maraqlı hadisədir- deyə Denis Daniilidis vurğulayıb.

Rembetiko - musiqi stilini bəzən amerika blyuzunun yunan ekvivalenti adlandırırlar.Bu mahnılar birinci növbədə buzuki simli alətinin,eyni zamanda skripkanın,gitaranın,akkordeonun və fortepianonun akkompanentləri ilə ifa olunur.Yunanıstanda "rembetiko" deyiləndə xalq musiqisi həvəskarları qədim xalq mahnılarını düşünürlər."Rembetiko" stilli mahnılar XX əsrin 20-30-cu illərində məşhurlaşıb və bu gün həm yaşlı həm də cavan nəsil tərəfindən sevilir.
"Rembetiko meets Mugam" adlanan konsertdə Makis Stamoulis və Kostas Spiropoulis qədim yunan mahnılarını ifa ediblər.

Yunan musiqiçiləri ilə Əməkdar artistlər Sahib Paşazadə(tar),Toğrul Əsədullayev(kamança) və istedadlı xanəndə Nisbət Sədrayevanın birlikdə ifaları gecəyə xüsusi rəng qatıb.

Konsert dövlət qurumlarının və diplomatik korpusun nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə maraqla və alqışlarla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti