...

YAY Qalereyasında "Cismani peyzajlar" adlı qrup sərgisi açılıb (FOTO)

Mədəniyyət Materials 9 İyun 2018 15:36 (UTC +04:00)
YAY Qalereyasında Eldar Qurban, Mirnadir Zeynalov, Niyaz Nəcəfov, Aida Mahmudova, Əmrulla İsrafilov, Sabina Şıxlinskayanın iştirakı ilə ‘Cismani peyzajlar’ adlı qrup sərgisinin açılışı baş tutub.
YAY Qalereyasında "Cismani peyzajlar" adlı qrup sərgisi açılıb (FOTO)

Bakı. Trend:

YAY Qalereyasında Eldar Qurban, Mirnadir Zeynalov, Niyaz Nəcəfov, Aida Mahmudova, Əmrulla İsrafilov, Sabina Şıxlinskayanın iştirakı ilə ‘Cismani peyzajlar’ adlı qrup sərgisinin açılışı baş tutub.

Trend-in məlumatına görə, sərgi sentyabrın 1-ə qədər davam edəcək.

İnsan vücudu və peyzaj... hər ikisi, eyni amala qulluq edir. İncəsənət tarixi boyunca hər iki mövzu bədii məzmun üçün material qismində çıxış edərək xırdalanıb, dağıdılıb və təkrar yığılıb, həmçinin müxtəlif texnikalar və üslubların araşdırılması məqsədilə hərtərəfli təhlil edilib. Uzun müddət qadın bədəni kişi nöqteyi-nəzərinin əsas ilham pərisi kimi istifadə edilsə də, son zamanlar bu tendensiya qarşı tərəfdə də müşahidə edilir və artıq qadın nöqteyi-nəzəri də bərabər səviyyədə inkişaf edib.

Artıq XX əsrin əvvəllərində, tanınmış holland rəssamı Pit Mondrian, özündə qadın (maddi) və kişi (mənəvi) elementlərini birləşdirən, qeyri-binar varlıq kimi qiymətləndirilən rəssam haqqında nəzəriyyə işləyib hazırlamışdır. Eyni dövrdə bir çox nəzəriyyəçilər və rəssamlar hələ də bipolyar gender identifikasiyası ilə bağlı olan incəsənətin “qadın” və “kişi” komponentlərindən bəhs edən oxşar nəzəriyyələri həyata keçirməyə cəhd göstərirdilər.

Sərgidə müxtəlif peyzajlar nümayiş etdirilir. Bu peyzajlarda təbiət insani cizgilər kimi təsvir olunur və insan bədəni obyektivləşdirilərək, hər hansı gender mənsubiyyətindən ayrılma, dünyəvi formalar və rənglər, daxili durumun parlaq proyeksiya səthlərində yox olma təəssüratını yaradır.

Sərgiyə giriş sərbəstdir.

Ünvan: İçəri Şəhər, Kiçik Qala küç., 5
(Əliağa Vahid heykəlinə yaxın).
Tel.: 012 505 2323
www.yaygallery.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti