...

Beynəlxalq Muğam Mərkəzində tələbələrin konserti keçirilib (FOTO)

Mədəniyyət Materials 22 İyun 2018 20:16 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzinin “Yeni nəsil dəvət edir” layihəsi davam edir.
Beynəlxalq Muğam Mərkəzində tələbələrin konserti keçirilib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələri “Vətənimizi sevirik” adlı geniş konsert proqramı ilə çıxış ediblər.

Trend-in məlumatına görə, konsert Beynəlxalq Muğam Mərkəzinin, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində reallaşıb.

“Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində bir sıra tədbirlər həyata keçirilib: Azərbaycan və Fransız musiqisi axşamı, G.Figeyredonun “Ezop” tamaşası, M.F. Axundzadənin “Hekayəti Müsyo Jordan Həkimi-nəbatat və Dərviş Məstəli Şah Caduküni Məşhur” və “Sərgüzəşti vəziri xani Lənkəran” tamaşaları, Etüd müsabiqəsi, Beynəlxalq qadınlar gününə, Novruz bayramına həsr olunmuş konsertlər, bəstəkar Elza İbrahimovaya həsr olunmuş gecə, aşıq musiqisi konserti və digər maraqlı tədbirlər.

Əməkdar artist Nuriyyə Hüseynovanın bədii rəhbərliyi ilə keçən konsertdə Sevinc Abidinova, Rəvan Əlvanoğlu, Məftun Səfərli, Anar Əliyev, Məharət Habiloğlu və Suma Tapdıqova muğamlar və Azərbaycan xalq mahnılarını ifa ediblər.

Gecədə Əməkdar artist, bədii qiraət ustası Azad Şükürovun ifasında Abbas Səhətin, Zəlimxan Yaqubun, Kərim Kərimlinin, Ramiz Qusarçaylının, Sabir Rüstəmxanlının, Eldar İsmayılovun, Ejdər Olun, Məhəmmədhüseyn Şəhriyarın şerləri səslənib.

Həmçinin ifaçıları tarda Vüsal Qasımov, kamançada Cahandar Mikayılov,qanunda Eyvazova-Nəsibova Gülşən, nağarada Soltan Hacıyev, balabanda Adil Müslümov, udda Vüqar Əhmədov müşayiət ediblər.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi möhtəşəm layihələrlə tamaşaçıları sevindirir. Bunlardan “Dastan gecələri”, “Muğamat var olan yerdə”,”Unudulmayanlar”, Yeni nəsil dəvət edir”, “Muğam axşamları”, “Aşıq musiqisi axşamları” kimi möhtəşəm layihələri çərçivəsində konsertlər keçirir. Konsert muğamsevərlər tərəfindən maraqla və sürəkli alqışlarla qaşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti