...

Kapadokyada azərbaycanlı rəssamların sərgisi keçirilib (FOTO)

Mədəniyyət Materials 9 Avqust 2018 20:23 (UTC +04:00)
Kapadokyada fiziki imkanları məhdud iki gənc rəssam - Ramil Əhmədov və Behbud Cəfərquliyevin sərgisi keçirilib.
Kapadokyada azərbaycanlı rəssamların sərgisi keçirilib (FOTO)

Bakı. Trend:

Kapadokyada fiziki imkanları məhdud iki gənc rəssam - Ramil Əhmədov və Behbud Cəfərquliyevin sərgisi keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Xalq Cumhuriyyətinin 100-cü ildönümü ilə bağlı təşkil edilmiş sərgiyə Türkiyə bələdiyyə başçıları, QHT və KİV rəhbərləri, təşkilat sədrləri, ziyalılar və yerli sakinlər qatılıb.

Sərginin açılışında millət vəkili Qənirə Paşayeva gənc rəssamların istedadlarından bəhs edib. Qeyd edib ki, bu 2 istedadlı gəncin əsərləri bir daha sübut edir ki, fiziki məhdudiyyətli insanlar cəmiyyətdə heç də digərlərindən geri qalmır, əksinə daha çox həyata bağlanaraq, öz xəyal və arzularını gerçəkləşdirməyə can atır.

Rəssamlar və ailə üzvləri onlara göstərilən dəstək üçün sərginin təşkilatçılarına və iştirakçılara təşəkkürlərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti