...

Sumqayıt Dövlət Dram Teatrı yubiley mövsümündə Hüseyn Cavidi anacaq

Mədəniyyət Materials 19 Sentyabr 2018 21:23 (UTC +04:00)
Sumqayıt Dövlət Dram Teatrı 50-ci yubiley mövsümünü sentyabrın 25-də açacaq.
Sumqayıt Dövlət Dram Teatrı yubiley mövsümündə Hüseyn Cavidi anacaq

Bakı. Trend:

Sumqayıt Dövlət Dram Teatrı 50-ci yubiley mövsümünü sentyabrın 25-də açacaq.

Teatrdan Trend-ə verilən məlumata görə, kollektiv mövsümün ilk tamaşası olaraq N.Muradoğlunun “Zülmətdə nur” yeni səhnə əsərini tamaşaçılara təqdim edəcək.

Tamaşanın quruluşçu rejissoru xalq artisti Firudin Məhərrəmov, musiqi tərtibatçısı Telman Qəniyevdir.

Əsas obrazları əməkdar artistlər İlahə Səfərova, Rauf Ağakişiyev, Cəlal Məmmədov, İzaməddin Bağırov, aktyorlar Habil Xanlarov, Oqtay Mehdiyev, Şəmistan Süleymanlı, Sədaqət Nuriyeva, Dağlar Rüstəmov, İlahə Səfərova, İlham Səfərli, Şəhla Məmmədova, Rövşad İlyasov, Akif Mirzəyev ifa edirlər.

Tamaşa 1937-ci il represiya qurbanlarının, əsasən də H.Cavid ailəsinin faciəvi həyatından bəhs edir. Tamaşada H.Cavid ilə bərabər, o dövr Stalin və Bağırov siyasətinin qurbanları Ə.Cavad, M.Müşviq və onların həyat yoldaşları Şükriyyə və Dilbər xanımın represiya əzabları da səhnədə yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti