...

Dahi bəstəkar Üzeyir Hacıbəylinin portretləri açıq səma altında yaradılacaq

Mədəniyyət Materials 17 Oktyabr 2018 14:51 (UTC +04:00)
Noyabrın 4-də “Art Tover” rəsm qalereyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığına həsr edilmiş plener keçiriləcək.
Dahi bəstəkar Üzeyir Hacıbəylinin portretləri açıq səma altında yaradılacaq

Bakı. Trend:

Noyabrın 4-də “Art Tover” rəsm qalereyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığına həsr edilmiş plener keçiriləcək.

Trend-in məlumatına görə, plener Mədəniyyət Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Ars Council Azerbaijan” təşkilatının birgə təşkilatçılığı ilə reallaşacaq.

Fırça ustaları dahi bəstəkarın portretini və yaradıcılıq fəaliyyətini tablolara köçürməklə açıq havada yaradacaq. Plenerdə gənc rəssamlarla yanaşı, yaşlı nəsli təmsil edən fırça ustaları da iştirak edə bilər.

Plener sənətkarların təkmilləşdirilməsi, istedadlı gənclərin və yaradıcı ziyalıların dəstəklənməsi məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti