...

Dövlət Bayrağı Gününə həsr olunmuş bayram konserti keçirilib (FOTO)

Mədəniyyət Materials 12 Noyabr 2018 20:35 (UTC +04:00)
H.Abbasov adına Mədəniyyət evində konsert keçirilib.
Dövlət Bayrağı Gününə həsr olunmuş bayram konserti keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Maştağa qəsəbəsində yerləşən H.Abbasov adına Mədəniyyət evində 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş bayram konserti keçirilib.

İlk öncə aparıcı Humay Muxtarova tədbiri açaraq, bayrağın hər bir dövlət üçün bütövlük, müstəqillik, yenilməzlik, ucalıq rəmzi olduğunu söyləyib. Bildirib ki, hər il Prezident İlham Əliyevin 17 noyabr 2009-cu ildə imzaladığı Sərəncamına əsasən noyabrın 9-u Dövlət Bayrağı günü kimi qeyd edilir.

Sonra tanınmış estrada müğənnisi İzzət Bağırov səhnəyə dəvət olunub, o bayram münasibətilə bütün qonaqları təbrik edib və öz repertuarından ən çox sevilən mahnıları ilə tamaşaçıların könüllərini oxşayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti