...

Xalq artisti Amaliya Pənahovanın xatirəsi anılacaq

Mədəniyyət Materials 7 Yanvar 2019 10:53 (UTC +04:00)
Yanvarın 16-da Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr olunan tədbir keçiriləcək.
Xalq artisti Amaliya Pənahovanın xatirəsi anılacaq

Bakı. Trend:

Yanvarın 16-da Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr olunan tədbir keçiriləcək.

Trend-in məlumatına görə, tədbir Mədəniyyət Nazirliyi, “Mədəniyyət” kanalı, Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Söz” ədəbi layihəsi çərçivəsində reallaşacaq.

Gecədə sənətkarın həyata və yaradıcılığından danışılacaq, onun mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq.

Həmçinin gecədə sənətkarın uzun müddət rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrının aktyorlarının iştirakı ilə tamaşalardan səhnələr təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti