...

Şəkidə “Böyük Qafqaz Kuboku” adlı regional rəqs yarışı keçiriləcək (FOTO)

Mədəniyyət Materials 4 Aprel 2019 04:45 (UTC +04:00)
Aprelin 14-də Şəkidə Azərbaycanda ilk dəfə olaraq “Böyük Qafqaz Kuboku” adlı regional rəqs yarışı keçiriləcək.
Şəkidə “Böyük Qafqaz Kuboku” adlı regional rəqs yarışı keçiriləcək (FOTO)

Bakı. Trend:

Aprelin 14-də Şəkidə Azərbaycanda ilk dəfə olaraq “Böyük Qafqaz Kuboku” adlı regional rəqs yarışı keçiriləcək.

Təşkilatçılardan Trend-ə verilən məlumata görə, yarış Sabit Rəhman adına Şəki Dram Taetrında keçiriləcək.

Tədbir Azərbaycan Gənclər İttifaqının və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə keçirilir. Tədbirə təşkilatı dəstək Jam Group komandası tərəfindən göstərilir. Böyük Qafqaz Kubokuna bölgələrdən və xarici ölkələrdən bütün rəqs qrupları qatıla bilər. Müsabiqə Azərbaycanın şimal-qərb zonasının bölgələrini əhatə edir. Artıq yarışmada iştirak etmək üçün bölgələrdən və xarici ölkələrdən qeydiyyatdan keçən qruplar var.

Yarışın keçirilməsində əsas məqsəd “İctimai və akademik rəqs növlərində çalışan istedadlı kollektivlərin müəyyən edilməsi, habelə müəllimlər, rəqqaslar arasında təcrübə mübadiləsi aparmaq, yeniyetmə və gəncləri müasir xoreoqrafiyaya cəlb etməkdir. İnanıram ki, bütün uşaqlar istedadlıdır və biz onlara yalnız özlərini ifadə etmək imkanı veririk. Keçiriləcək bu və digər bütün müsabiqələrdə yarışan hər bir iştirakçılara uğurlar diləyirəm "- deyə Azərbaycan Rəqs Assosiasiyasının prezidenti Əziz Əzizov iştirakçılara öz arzularını bildirdi.

Münsiflər heyəti tərəfindən çıxışlar texnika, kompozisiya, imic, şou kriteriyaları baxımından qiymətləndiriləcək. Münsiflər heyəti: münsiflər heyətinin sədri, Azərbaycanın əməkdar incəsənət xadimi - ATA-nın vitse-prezidenti, xoreoqrafiya akademiyasının müəllimi - Ülviyyə Həsənova; Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının Xoreoqrafiya şöbəsinin müəllimi Tahir Eynullayev; "Cəngi" Dövlət ansamblının aparıcı solisti Fərhad Əliyevdir. Münsiflər heyəti tərəfindən çıxışlar texnika, kompozisiya, imic, şou kriteriyaları baxımından qiymətləndiriləcək.

Yarışda çerlidinq, hip-hop, breyk-dans, rəqs şousu, klassik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, oriyental, hind və solo rəqslər nümayiş olunacaq.

Yarışma yaş kateqoriyasına görə keçirilir: kiçik yaş qrupu (6 yaşa kimi), uşaq (10 yaşa kimi), yeniyetmələr (16 yaşa kimi), böyüklər (16 yaş və yuxarı).

Yarışmada bu nominasiyalar üzrə iştirak ediləcək: solo, duet, kiçik qrup (8 iştirakçı), ansambl (8-24 iştirakçı), böyük ansambl (25-50 iştirakçı).

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti