...

Mərdəkan qalası və Tuba Şah məscidinin bərpası türklərə həvalə olunub

Mədəniyyət Materials 22 Aprel 2019 15:17 (UTC +04:00)
Mərdəkan qalası və Tuba Şah məscidinin bərpası türklərə həvalə olunub.
Mərdəkan qalası və Tuba Şah məscidinin bərpası türklərə həvalə olunub

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Azərbaycanın Böyük Mərdəkan qalasını və qalanın yaxınlığındakı Tuba Şah məscidini bərpa edəcək.

Trend-in məlumatına görə, Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə TİKA tarixi qalanın və məscidin bərpası haqqında protokol imzalayıblar.

Sənəd aprelin 18-də Bakıda Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbirdə imzalanıb.

Mərdəkan qalası – Abşeronun ən hündür donjonu (FOTO)

Mərdəkan qalası – Abşeronun ən hündür donjonu (FOTO)

Qeyd edək ki, Bakının Mərdəkan qəsəbəsində yerləşən eyniadlı qala XII əsrdə - 1187-1188-ci illərdə Şirvanşah I Axsitan tərəfindən tikilib. Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmış qaladan müxtəlif vaxtlarda müdafiə məqsədilə, eləcə də müşahidə məntəqəsi, bəzi dövrlərdə isə qəsr kimi istifadə edilib. XV əsrə aid Tuba Şah məscidi isə 1481-1482-ci illərdə inşa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti