...

Azərbaycan filmləri İranda beynəlxalq festivalda iştirak edib (FOTO)

Mədəniyyət Materials 7 May 2019 09:48 (UTC +04:00)
Aprel ayının 29-dan may ayının 5-dək İran İslam Respublikasının Babol şəhərində 9-cu Vareş Beynəlxalq Film Festivalı keçirilib.
Azərbaycan filmləri İranda beynəlxalq festivalda iştirak edib (FOTO)

Bakı. Trend:

Aprel ayının 29-dan may ayının 5-dək İran İslam Respublikasının Babol şəhərində 9-cu Vareş Beynəlxalq Film Festivalı keçirilib.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, festivalda ölkəmizi Əməkdar incəsənət xadimi, kinorejissor və operator Nizami Abbas, Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin əməkdaşı Elşad Əliyev, gənc rejissor Zəhra MirRza və prodüser Elşən Əli Nur təmsil ediblər.

Azərbaycanın “Qanadlı möcüzə” qısametrajlı bədii və “Azərbaycan xalçası”, Azərbaycan muğamı”, “Azərbaycan mətbəxi” sənədli filmləri festivalın müsabiqə proqramında iştirak edib və kinosevərlər tərəfindən maraqla qarşılanıb.

Bundan əlavə, “Çovqan”, “İz...Qala”, “Miras”, “Şəki”, “O kimdir”, “Sovqat”, “Bakı əsrlərin aynasında”, “Azərbaycan mətbəxinin rəngləri” sənədli filmlərimiz “Azərbaycan proqramı” çərçivəsində festival günlərində İran tamaşaçılarına nümayiş etdirilib.

Festivalda həmçinin Azərbaycan kinosuna həsr olunan tədbir keçirilmiş, milli kinomuzun tarixi və bugünü haqqında iştirakçılara, eləcə də İran televiziya kanallarına və KİV-lərinə ətraflı məlumat verilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti