...

"Muğam axşamları" layihəsinin növbəti konserti keçirilib

Mədəniyyət Materials 4 Dekabr 2019 01:02 (UTC +04:00)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzinin "Muğam axşamları" layihəsinin növbəti konserti keçirilib.

Trend-in məlumatına görə, konsertdən əvvəl fililogiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı çıxış edərək BMM-nin layihələrindən söz açdı. Vurğuladı ki, muğam axşamları ənənəsi XIX əsrin ikinci yarısından başlanılıb. Belə axşamlar əvvəlcə Şuşada, sonra da Bakıda davam etdirilib. Yüz illərdən keçib gələn muğam sənətinin təbliğinə yönələn bu tədbir əvvəllər “Şərq gecələri” adlanan muğam axşamlarının bir növ davamıdır. Bu ənənə Bakının qəsəbə və kəndlərində də yaşayıb və indi də davam etdirilir. Qeyd edib ki, elmi-tədqiqat, milli musiqi irsimizin araşdırılması və təbliği istiqamətində həyata keçirilən layihənin məqsədi əsrlərboyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmiş muğam sənətini gələcək nəsillərə daşımaqdır. BMM-nin "Unudulmayanlar", "Muğam axşamları", " Qəzəllər", "Sirlər xəzinəsi", "Aşıq musiqisi axşamları" və s layihələri milli musiqimizin tədqiq və təbliğinə xidmət edir.

Daha sonra layihə bu dəfə “Zabul segah” muğamının ifası ilə davam etdi. Beynəlxalq Muğam Mərkəzinin solistləri, Əməkdar artistlər Ehtiram Hüseynov, Arzu Əliyeva və Bəyimxanım Vəliyevanın ifasında “Zabul segah” muğamının şöbələri və ritmik ahəngi gənc istedadlı xanəndələr tərəfindən özünəməxsus tərzdə təqdim olundu.
İfaçıları tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə “Buta” instrumental ansamblı müşayiət edirdi.

Xatırladaq ki, layihə çərçivəsində növbəti konsert dekabrın 28-də isə “Çahargah” muğamı ilə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti