...

Müasir İncəsənət Muzeyində xeyriyyə sərgisi açılıb

Mədəniyyət Materials 23 Dekabr 2019 12:03 (UTC +04:00)
Dekabrın 20-də Müasir İncəsənət Muzeyi və Azərbaycanın tanınmış rəssamı Milena Nəbiyeva “Həyata ümid” adlı xeyriyyə layihəsi təqdim ediblər.
Müasir İncəsənət Muzeyində xeyriyyə sərgisi açılıb

Bakı. Trend:

Müasir İncəsənət Muzeyi və Azərbaycanın tanınmış rəssamı Milena Nəbiyeva “Həyata ümid” adlı xeyriyyə layihəsi təqdim ediblər.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, buna bənzər formatda layihə Azərbaycanda ilk dəfədir keçirilir. Tədbirin təşkilatçısı Milena Nəbiyeva bu cür aksiyanın hər il keçiriləcəyini vurğulayıb. “Həyata ümid” – geniş ictimaiyyətə incəsənət vasitəsilə bir müraciətdir. Rəssamın dediyi kimi, ona ailəsindən məhrum olan uşaqlara yaranmış vəziyyətdən asılı olmayaraq onların həyatının bir çox insanlar üçün mühüm və maraqlı olmasını başa salmaq vacibdir.

Dekabrın 27-dək davam edəcək sərgi xeyriyyə aksiyası xarakteri daşıyır: sərgilənən əsərlərin satışından əldə edilən gəlir xəstəlikdən əziyyət çəkən Nərminə Kiçikbəyovanın müalicəsinə sərf olunacaq.

Ekspozisiyaya Altay Sadıqzadə, Arif Hüseynov, Əli Şəmsi, Nigar Nərimanbəyova, Milena Nəbiyeva, Səbinə Şıxlinskaya, Müseyib Əmirov, Yelena Haqverdiyeva və digər tanınmış Azərbaycan rəssamlarının 50-yə yaxın əsəri daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti