...

Bu gün Azərbaycan Kinosu Günüdür

Mədəniyyət Materials 2 Avqust 2021 10:42 (UTC +04:00)
Bu gün Azərbaycan Kinosu Günüdür

Bakı. Çingiz Səfərli - Trend:

2 avqust Azərbaycan Kinosu Günüdür.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, 123 illiyini qeyd edən Azərbaycan kinosu keşməkeşli və şərəfli ömür yolu keçib.

1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma tarixi sayılır.

Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə həsr edilmiş süjet xətti zəngin və unudulmaz filmlər çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti