...

Azərbaycanın xalq rəssamı Arif Qazıyev vəfat edib

Mədəniyyət Materials 4 Sentyabr 2021 00:13 (UTC +04:00)
Azərbaycanın xalq rəssamı Arif Qazıyev vəfat edib

Bakı. Trend:

Xalq rəssamı, heykəltəraş Arif Qazıyev vəfat edib.

Trend-in məlumatına görə, bu barədə öz "Facebook" səhifəsində Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov bildirib.

Arif Qazıyev 2 yanvar 1937 -ci ildə anadan olub. A.Qazıyev Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, daha sonra V.I. Surikov adına Moskva Dövlət Akademik İncəsənət İnstitutunda təhsil alıb.

Arif Qazıyev pedaqoji fəaliyyəti ilə məşğul olub. Onun əsərləri Azərbaycan və Rusiya muzeylərində, habelə ABŞ, Almaniya, Avstriya, Türkiyədəki şəxsi kolleksiyalarda saxlanılır.

A.Qazıyev Babək abidəsinin, Hüseyn Cavidin büstünün və bir çox əsərlərin müəllifidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti