...

Beynəlxalq kino festivalında Azərbaycan da təmsil olunacaq

Mədəniyyət Materials 11 Sentyabr 2021 16:33 (UTC +04:00)
Beynəlxalq kino festivalında Azərbaycan da təmsil olunacaq

Trend-i buradan izləyin

Bakı. Trend:

Sentyabrın 19-dan 24-dək Rusiyanın Samara şəhərində XXVI Beynəlxalq “Uşaqlar üçün kino” festivalı keçiriləcək.

Trend xəbər verir ki, budəfəki kino bayramında tamaşaçıları geniş beynəlxalq proqram gözləyir. Norveç, İsveç, İtaliya, Koreya Respublikası, Belarus və s. ölkələrdən kinematoqrafçılarının iştirak etdiyi festivalda Azərbaycan da təmsil olunacaq.

Rejissor Tahir Tahiroviç festivala “Qırmızı” filmi ilə qatılacaq. Ssenari müəllifi Sevda Sultanova, operatoru Əminə Həsənli olan ekran işi uzaq bir dağ kəndində yaşayan məktəbli qızdan bəhs olunur. Valideynləri ayrıldığına görə evdə tək qalan qızın yeganə arzusu kəndin palçıqlı yollarında təzə qırmızı ayaqqabısını geyinməkdir. Ancaq qırmızı ayaqqabı geyinmək ona qismət olmur...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti